Nazir şagirdin döyülməsinə görə direktoru və müavinini CƏZALANDIRDI
Tarix: 19-03-2021, 15:18 | Çap et
Nazir şagirdin döyülməsinə görə direktoru və müavinini CƏZALANDIRDI
Bakıda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində müəllimin şagirdi döyməsi məsələsi araşdırılıb.

Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə internat məktəbinin direktor müavini işdən azad olunub

Bundan başqa, direktora töhmət verilib.

Qeyd edək ki, şagirdi döydüyü bildirilən 55 yaşlı Q.Qasımov ilə bağlı Nərimanov rayon 16-cı Polis Bölməsində araşdırmalara başlanılıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net