MN və Hərbi Prokurorluğun nümayəndələri hərbi hissələrdə olublar
Tarix: 19-03-2021, 13:10 | Çap et
MN və Hərbi Prokurorluğun nümayəndələri hərbi hissələrdə olublar

2021-ci il üçün birgə fəaliyyət planına əsasən, Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğunun əməkdaşları Novruz bayramı ərəfəsində işğaldan azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrdə olublar.

Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, şəxsi heyətin məişət şəraiti ilə tanışlıqdan sonra hərbi hissələrdə xidmət edən müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular ilə görüşlər keçirilib və hərbi qulluqçuların hüquqlarına dair suallar cavablandırılıb.

Sonda bir qrup hərbi qulluqçu qiymətli hədiyyələrlə təltif olunub.MN və Hərbi Prokurorluğun nümayəndələri hərbi hissələrdə olublar








Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net