Belarusdan Azərbaycana gətirilən toyuq ətinin yararsız olduğu aşkarlanıb
Tarix: 15-03-2021, 11:06 | Çap et
Belarusdan Azərbaycana gətirilən toyuq ətinin yararsız olduğu aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan "Report"a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı “Caspian Catering Supply” MMC tərəfindən Belarusdan ölkəmizə idxal edilən 70 kq dondurulmuş toyuq əti məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.​Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə patogen mikroorqanizm olan salmonella aşkar edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net