Ermənistandakı bütün xarici səfirliklərdə “1 nömrəli hazırlıq” elan edildi!..
“Ermənistandakı olaylar ölkənin dərin bir siyasi böhran içində olduğunu göstərir və mütəxəssislərin rəyincə, bu və ya digər sahədəki (və ümumiyyətlə) vaxtaşırı böhranları baş nazir Nikol Paşinyan özü yetişdirir”.
Moderator.az xəbər verir ki, qəsbkar ölkənin "Past" qəzeti belə yazır.
“Üstəlik, əldə etdiyimiz məlumata görə, bu günlərdə bütün səfirliklərdə“ “1 nömrəli hazırlıq” elan edilib. Belə ki, kəskin dönüş baş verəcəyi təqdirdə vəziyyət rəhbərliyə obyektiv şəkildə çatdırılmalı, ümumi mənzərə barədə müvafiq qiymətləndirmə aparılmalı və mövqe ifadə olunmalıdır.
Əldə etdiyimiz digər informasiyadan bəlli olur ki, bundan başqa bir neçə "maraqlı” ölkə səfirliklərinin müxalifətin aksiyalarının davam etdiyi Bağramyan prospektində baş verənləri şəxsən araşdıran, necə deyərlər, hər şeyi "öz gözləri ilə" görən nümayəndələri də var” –deyə Ermənistan nəşri məlumat verir.