Neft Daşlarında təhlükəli, güclü külək - ÖZƏL VİDEO
Tarix: 8-03-2021, 07:31 |
Çap et
Ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsir.
Musavat.com xəbər verir ki, küləyin maksimal sürəti Tərtərdə 25 m/s, Naftalanda 23 m/s, Nabran, Quba, Neftçala, Xaçmazda 20 m/s, Balakəndə 18 m/s, Ağdamda 16 m/s, Şəkidə 15 m/s, Abşeron yarımadası və Bakıda 35 m/s, Sumqayıt, Maştağada 30 m/s, Neft Daşlarında 29 m/s, Pirallahıda 28 m/s, Qum adasında 27 m/s, Ələt, Binədə 24 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb.
Quba, Xaltan, Şabranda yağış, Xaçmaz, Qusar, Şahdağda qar yağır.
Musavat.com Neft Daşlarında bu saatlarda olan dalğanın görüntülərini təqdim edir:
Emil Salamoğlu
Musavat.com