Qaraciyər sirrozunun qeyri-adi əlamətləri açıqlandı
Tarix: 4-03-2021, 09:08 | Çap et
Qaraciyər sirrozunun qeyri-adi əlamətləri açıqlandı
Zəiflik və yorğunluq, əsəbilik, yuxu pozğunluğu kimi simptomlar qaraciyər sirrozunun başlanğıcı ola bilər.

“Report”un məlumatına görə, bu barədə “Express” nəşri Böyük Britaniya həkimlərinin məlumatlarına istinad edərək yazıb.

Mütəxəssislərə görə burundan və diş ətindən qanaxmalar, tez-tez ürək bulanması, iştahsızlıq və səbəbsiz arıqlama da xəstəliyin əlaməti kimi nəzərdən keçirilməlidir.

Bundan əlavə, sirrozun simptomları arasında dəridə qaşınma, ovucların qızarması, bədəndəki hörümçək damarları, dərinin və göz almasının saralması da var.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net