Rusiya sülhməramlıları 25 minə yaxın partlayıcı maddə aşkarlayıb
Tarix: 1-03-2021, 04:53 | Çap et
Rusiya sülhməramlıları 25 minə yaxın partlayıcı maddə aşkarlayıb

Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir.

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, iyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir.

Bildirilib ki, 23 noyabr 2020-ci ildən bəri 1 535 hektar ərazi, 478 km yol, 1 512 tikili, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 24 962 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net