Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çəkilən "Bir topa adam" filmi təqdim edildi
Tarix: 12-02-2021, 13:00 | Çap et
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çəkilən "Bir topa adam" filmi təqdim edildi
Dağlıq Qarabağ münaqişəsindən bəhs edən "Bir topa adam" filmi bu günlərdə izləyicilərə təqdim edilib. “Qarabağ” silsiləsindən birinci film olan "Bir topa adam" filmində Qarabağ münaqişəsinin başlamasına rəvac verən hadisələr, ermənilərin törətdiyi qətliamlar, eyni zamanda bu müharibə fonunda baş verənlər real faktlarla ekranlaşdırılıb. Vətənpərvərlik mövzusunda çəkilən filmin məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri və müharibənin faciəvi nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaqdır. “Planet Parni iz Baku Films” şirkətinin çəkdiyi ekran əsərinin senari müəllifləri Tahir İmanov və Ənvər Mansurov, rejissoru isə Ənvər Mansurovdur. Qeyd edək ki, filmin çəkilməsinə “Nar” da dəstək olub.

Tahir İmanovun sözlərinə görə, kino informasiya müharibəsinin ən güclü vasitələrindən biri olduğu üçün Vətən müharibəsinin gərgin dövrlərində Qarabağ münaqişəsi haqqında film çəkmək qərarına gəlirlər: “Həqiqətləri dünyaya çatdırmaq üçün filmlər çox güclü vasitələrdən biridir. Ona görə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə film çəkməyi planlaşdırırıq. "Bir topa adam" filmində biz müharibənin əslində necə başladığını göstərməyə çalışmışıq. Biz bir ailənin prizmasından müharibənin dəhşətlərini canlandırmışıq. Filmin çəkilişində göstərdiyi dəstəyə görə “Nar”a öz təşəkkürümüzü bildirirk”.

Qeyd edək ki, filmin tam versiyasına aşağıdakı link vasitəsilə baxmaq olar:








Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net