Piyadaların hərəkətinə mane olan qaz xətti torpağın altına köçürüldü - FOTO
Tarix: 10-02-2021, 16:44 | Çap et
Piyadaların hərəkətinə mane olan qaz xətti torpağın altına köçürüldü - FOTO

Bakının Nərimanov rayonu Ələsgər Qayıbov küçəsində piyadaların hərəkətinə mane olan qaz xəttinin bir hissəsi torpağın altına köçürülüb.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.

Bildirilib ki, bir müddət öncə “Bakmil” stansiyasının qarşısında yerləşən küçədə çəkilən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

“Azəriqaz” İB açıqlamasında qeyd etmişdi ki, qaz xətti ərazidə çoxdan yerləşir:

“Piyada keçidinin olduğu yaşıllıq ərazisi isə sonradan yaradılıb. Lakin buna baxmayaraq tez bir zamanda həmin yerdən hərəkət edən insanların rahatlığı üçün müvəqqəti olaraq daş hörgülü pilləkənlər quraşdırıldı. Artıq “Azəriqaz” İB-nin Təmir-Tikinti İdarəsi müvəqqəti piyada keçidini tamamilə ləğv edərək ərazidə qaz xəttinin bir hissəsini torpağın altına köçürüb. Beləliklə, piyadaların hərəkəti üçün tam normal şərait yaradılıb”.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net