Əhalinin həssas qruplarına 28,7 milyon manat güzəştli kredit ayrılıb
Tarix: 10-02-2021, 12:22 | Çap et
Əhalinin həssas qruplarına 28,7 milyon manat güzəştli kredit ayrılıb

Sahibkarlığın İnkişafı Fondu tərəfindən əhalinin həssas qruplarına verilmiş güzəştli kreditlərin həcmi barədə məlumat verilib.

Oxu.Az-ın Fondun “2020 - İllik Hesabat”ına əsasən verdiyi məlumata görə, bu qrup üzrə sahibkarlara ümumilikdə 28,7 milyon manat güzəştli kredit verilib.

Belə ki, ötən il ərzində 74 qadın sahibkarlıq subyektinə 5,2 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb. Maliyyələşdirilmiş layihələr hesabına 297 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Həmçinin, 47 məcburi köçkün sahibkarlıq subyektinə 6,5 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb. Maliyyələşdirilmiş layihələr hesabına 134 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Eləcə də, 46 gənc sahibkarlıq subyektinə 17 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb. Maliyyələşdirilmiş layihələr hesabına 314 yeni iş yerinin yaradılması nəzərdə tutulub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net