Ermənilər Xudavəng monastrına buraxılmadı
Tarix: 9-02-2021, 13:18 | Çap et
Ermənilər Xudavəng monastrına buraxılmadı

Azərbaycan hərbçiləri əvvəlcədən razılaşdırılmadığı üçün erməniləri Xudavəng monastrına buraxmayıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

Məlumata görə, fevralın 7-də bir qrup erməni rus sülhməramlılarının müşayiəti ilə Xudavəng monastırına gəlib, lakin Azərbaycan hərbçiləri onları dini abidənin ərazisinə buraxmayıb. Buna səbəb kimi səfərin onlarla razılaşdırılmadığı göstərilib.

Qeyd edək ki, Xudavəng monastrı işğaldan azad edilən Kəlbəcər rayonu ərazisində yerləşir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net