Azərbaycanda bir dərmanın satışı qadağan olunub
Tarix: 5-02-2021, 14:48 | Çap et
Azərbaycanda bir dərmanın satışı qadağan olunub
“EQİS ƏCZAÇILIQ ZAVODU” QSC-nə məxsus “Hartil®-D” ticari adlı ramipril / hydrochlorothiazide - 2.5 mg/12.5 mg tərkibli tabletlər №28 (2x14) blisterdə, karton qutu qablaşmada dərman vasitələrinin stabillik sınaqlarından əldə olunan nəticə spesifikasiya çərçivəsindən kənara çıxdığından qeyd edilən seriya ilə buraxılan dərman vasitəsinin geri çağırılması qərarı alınıb.

Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, bu barədə topdansatış əczaçılıq müəssisələri və “EQİS ƏCZAÇILIQ ZAVODU” QSC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi məlumatlandırılıb. Həmçinin 0010319 seriya ilə buraxılmış son istifadə tarixi 03.2022 olan “Hartil®-D” ticari adlı ramipril / hydrochlorothiazide - 2.5 mg/12.5 mg tərkibli tabletlər №28 (2x14) blisterdə, karton qutu qablaşmada dərman vasitəsinin ölkəyə idxalı və ölkədə topdan və pərakəndə satışı qadağan edilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net