Sabir Rüstəmxanlı: “Tarif Şurasını bura dəvət etməliyik”
Tarix: 1-02-2021, 12:35 | Çap et
Sabir Rüstəmxanlı: “Tarif Şurasını bura dəvət etməliyik”

Deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında Tarif Şurasının qiymət artımı ilə bağlı qərarına etirazını bildirib.

Musavat.com xəbər verir ki, deputat bildirib ki, yaz sessiyasında Tarif Şurasını bura dəvət etməliyik ki, hansı kriteriyalarla qiymət dəyişdiyini açıqlasın:

“Bizim ölkəmizdə vəziyyətin stabil saxlanmasında cavabdeh olan orqanların dinləmələrini keçirməliyik”,-deyə millət vəkili əlavə edib.

Daha sonra S.Rüstəmxanlı xaricdə yaşayan çoxlu sayda həmvətənimizin şəxsiyyət vəsiqəsinin vaxtının bitdiyini, lakin pandemiya səbəbindən onların yeni vəsiqə ala bilmədiyini söyləyib.

Odur ki, “ASAN Xidmət”in Rusiya, Almaniya, Türkiyə kimi ölkələrə səyyar qrupunun göndərilməsini və orda yaşayan vətəndaşlarımızın şəxsiyyət vəsiqəsi almasının təmin olunmasını təklif edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net