Azərbaycanda keçirdiyim görüşlərdə fransız dilinin təbliği məsələsi də müzakirə edildi.
APA-nın xəbərinə görə, bu barədə Fransanın Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Batist Lömuan bildirib.
“Azərbaycanda fransız dilinə maraq artıb. Bu dili öyrənənlərin sayı 40 mindən 50 minə çatıb”, - deyə dövlət katibi vurğulayıb.