Prezidentin köməkçisi yeni naziri kollektivə təqdim edib
Tarix: 27-01-2021, 11:12 | Çap et
Prezidentin köməkçisi yeni naziri kollektivə təqdim edib
Azərbaycanın yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev kollektivə təqdim edilib.

“Report”un əldə etdiyi məlumata görə, yeni naziri Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirliyin kollektivinə təqdim edib.

Xatırladaq ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı sərəncamla Ramin Quluzadəni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edib və onun yerinə Rəşad Nəbiyev təyin olunub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net