Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyə ediləcək
Tarix: 20-01-2021, 16:18 | Çap et
Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyə ediləcək

COVİD-19 pandemiyası səbəbi ilə Gürcüstan-Azərbaycan sərhədlərinin bağlanmasından sonra Gürcüstanda qalan daha 250 nəfər Azərbaycana təxliyə ediləcək.

Azərbaycanın Gürcüstandakı səfirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, təxliyə ediləcək şəxslər yanvarın 21-i günün ikinci yarısında COVİD-19 analizi verəcəklər. Test cavabı neqativ olan şəxslərə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən müvafiq arayış veriləcək və onların yanvarın 22-də Azərbaycana təxliyəsi həyata keçiriləcək.

Təxliyə edilən şəxslərin Azərbaycanda karantinə alınmayacağı bildirilib.

Təxliyə olunanlar arasında Azərbaycan vətəndaşları ilə yanaşı, Azərbaycanda yaşayış və iş icazəsi olanlar, həmçinin, ailə üzvləri Azərbaycan vətəndaşı olan şəxslərin olduğu bildirilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net