Azərbaycanda yaşı 100-dən çox olan pensiyaçıların sayı açıqlanıb
Tarix: 15-01-2021, 10:32 | Çap et
Azərbaycanda yaşı 100-dən çox olan pensiyaçıların sayı açıqlanıb

Bu gün ölkəmizdə yaşı 100-dən çox olan pensiyaçıların sayı 400 nəfərdir.

Bunu APA-ya açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, onlardan 27 nəfəri kişi, 373 nəfəri isə qadındır.

Ən yaşlı kişi pensiyaçı İbrahimov Hilal İsa oğludur. O, 1915-ci il təvəllüdlüdür. Bakı şəhərində yaşayır.

Ən yaşlı qadın pensiyaçı isə 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır. O, Lənkəran rayonunda yaşayır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net