Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunacaq.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik bildirib.
Ö. Çelik bildirib ki, AKP-nin növbəti iclası başa çatdıqdan sonra Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd olunacaq.