ÜST COVID-19-un mənşəyinin araşdırılmasında Çinlə əməkdaşlığa ümid edir
Tarix: 11-01-2021, 15:12 | Çap et
ÜST COVID-19-un mənşəyinin araşdırılmasında Çinlə əməkdaşlığa ümid edir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusun mənşəyini araşdırmaq üçün Çinə səfəri planlaşdırılan nümayəndə heyətinin ölkəyə buraxılması qərarını alqışlayıb.

APA-nın xəbərinə görə, bu barədə ÜST-ün baş direktoru "Twitter"də bildirib.

“Biz COVID-19 pandemiyasına səbəb olan virusun mənşəyini araşdıracaq beynəlxalq nümayəndə heyəti ilə bağlı Çinin açıqlamasını alqışlayırıq. Virusun mənbəyini və onun insanlara keçməsi yolunu müəyyənləşdirəcək bu vacib missiyada çinli tərəfdaşlarımızla yaxından çalışmağı səbirsizliklə gözləyirik”, - deyə T. A. Qebreyesus qeyd edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net