"Evə soyuducu yox, sanki traktor almışam" - GİLEY
Tarix: 5-01-2021, 12:25 | Çap et
"Evə soyuducu yox, sanki traktor almışam" - GİLEY

Bakıda iki ay öncə “Samsung” şirkətinə məxsus mağazadan bu markanın soyuducusunu alan müştəri peşman olduğunu bildirib.

Mubahise.az xəbər verir ki, vətəndaş Gülnar Əliyeva bildirib ki, oktyabrın 30-da “Sumsung” mağazasından 969 manata soyuduc alıb: “Bizə dedilər ki, evə gətiriləndən 3 saat sonra işə salın. İşlədəndə səs etdiyini və taqqıltı-gurultu olduğunu gördüm. Bunu mağazaya da bildirdim, çatdırılma edən şəxs servis adı ilə iki dəfə gəlib baxdı və “bu belə işləməlidir” deyib getdi. Bu yolla 14 günlük qaytarılma vaxtınl yola verdilər.

Artıq iki aydır nə servis, nə də “Sumsung” mağazası satdıqları “brak” məhsula sahib çıxır. Mən evə soyuducu yox, sanki traktor almışam. Bu günədək də soyuducuya verdiyim qədər pulu servis işçilərinə zəng edərək xərcləmişəm. 143 çağır mərkəzinə zəng edirəm, problem deyəndən sonra telefonu söndürürlər. Mən hara şikayət edə bilərəm?”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net