Azərbaycanın İran silahına ehtiyacı var? - “Texnika və silah-sursat almamışıq ki, etibarlılıqdan danışaq”
Tarix: 25-12-2020, 15:52 | Çap et
Azərbaycanın İran silahına ehtiyacı var? - “Texnika və silah-sursat almamışıq ki, etibarlılıqdan danışaq”
Azərbaycanla İran arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub və gələcək perspektivlərdən danışılıb.

Bu günlərdə İrana səfər edən Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikası Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi, energetika naziri Rza Ərdəkanian, Müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmi ilə görüşüb danışıqlar aparıb.

Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyində keçirilən görüş zamanı iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Maraqlıdır, Azərbaycanın İran hərbi texnikalarına ehtiyacı varmı? Bu texnikalar nə qədər etibarlıdır?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan hərbi ekspert, polkovnik Şair Ramaldanov ikitərəfli hərbi texniki əməkdaşlığın Azərbaycan və İranın maraqlarına xidmət edəcəyini deyib:

“Azərbaycan hərbi texniki əməkdaşlığı bir çox ölkələrlə aparır. İranla da bizim dostluq əlaqələrimiz var, qonşumuzdur və Vətən müharibəsində Azərbaycanın haqq işini dəstəkləyən islam dövlətidir. Bilirik ki, İranın özünəməxsus güclü ordusu var. Güclü ordusu olan İran neçə illərdir ki, blokada şəraitində öz hərbi potensialını, hərbi kompleksini inkişaf etdirir. Hesab edirəm ki, İranın da Azərbaycanın marağında olan hərbi- sənaye kompleksi, yaxud hərbi avadanlıqları var. Bu isə ilk növbədə iki dövlət arasında hərbi- texniki əməkdaşlığa addım atılan sənəddir. Hələlik İrandan hansısa texnika və silah-sursat almamışıq ki, onun etibarlılığından danışaq. Amma İranın silahlı qüvvələri yetəri qədər inkişaf edib. Bütün təzyiqlərə baxmayaraq İranla böyük dövlətlər müəyyən şəkildə hesablaşmalı olurlar. Bütün bunlar onu göstərir ki, İranda Azərbaycana maraqlı olan hərbi-texniki əməkdaşlıq üçün müəyyən bir sahə var”.

Ekspertin sözlərinə görə, İranın istehsal etdiyi hansısı hərbi sənaye kompleksini Azərbaycanın alması mümkündür: “Digər tərəfdən Azərbaycanın da hərbi-sənaye kompleksi yetərincə inkişaf edib və onlar üçün bizim hərbi kompleksimiz də maraqlıdır. Bu isə iki dövlətin əlaqələrinin gələcək perspektivlərdir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net