Son 1 ayda dərmandan zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzə müraciət edənlərin sayı açıqlanıb
“Bir ayda dərmandan zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzə 20 nəfər müraciət edib”.
Bunu APA-ya açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Baş toksikoloq Azər Maqsudov deyib. O bildirib ki, onlar 12-si qadın olub.
"Dərmandan zəhərlənmə nəticəsində ölüm halı qeydə alınmayıb. Dərmanın allergik reaksiya ilə isə 8 nəfər müraciət edib".
Baş toksikoloq vurğulayıb ki, sirkə turşusundan 3 nəfər zəhərlənib və onların vəziyyətləri ağırdır.