Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş infeksionisti vəzifəsindən azad olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın baş infeksionisti Cəlal İsayev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib.
Səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə onun yerinə Təyyar Eyvazov təyin olunub.
Səhiyyə Nazirliyi bu məlumatı Oxu.Az-a təsdiq edib.