Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan səfiri şəxsi vəsaiti hesabından Silahlı Qüvvələrə Yardım Fonduna 5000 ABŞ dolları ianə edib.