Veysəloğlu Şirkətlər Qrupu Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat ianə etdi
Tarix: 5-10-2020, 12:26 | Çap et
 Veysəloğlu Şirkətlər Qrupu Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat ianə etdi

Veysəloğlu Şirkətlər Qrupu Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə döyüşən ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb.

Məlumatı AZƏRTAC-a şirkətin Korporativ kommunikasiyalar departamentindən veriblər.

Veysəloğlu Şirkətlər Qrupu bir daha bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda dövlətimizin atdığı addımları dəstəkləyir və daim ordumuzun, xalqımızın yanındadır.

Qeyd edək ki, Azərbaycanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin çağırışına Veysəloğlu Şirkətlər Qrupunun işçiləri də dərhal cavab verib. Hazırda qrupa daxil olan şirkətlərin yüzlərlə əməkdaşı səfərbər olaraq ordu sıralarında Vətənin müdafiəsindədir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net