Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər.
APA-nın xəbərinə görə, təşkilata üzv ölkələrin liderləri 1-2 oktyabr tarixlərində Brüsseldə Aİ Şurasının xüsusi iclası üçün toplanacaqlar.
İki günlük müzakirələrdə Dağlıq Qarabağdakı gərgin vəziyyətlə yanaşı, Aİ-Çin münasibətləri, Belarusdakı vəziyyət, Aleksandr Navalnının zəhərlənməsi də müzakirə olunacaq.