Koronavirusa yoluxan Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın vəziyyəti yaxşıdır, müalicəsi davam edir.
Bu barədə Teleqraf.com-a açıqlamasında Fərəh Əliyevanın həyat yoldaşı Adil Əliyev deyib.
Onun sözlərinə görə, sabah Fərəh Əliyevanın səhhəti barədə rəsmi açıqlama veriləcək.