![Ermənistan xaosa girir: tarixin ən gərgin dövrü Ermənistan xaosa girir: tarixin ən gərgin dövrü](/uploads/posts/2015-12/thumbs/1449643642_v.jpg)
Ermənistan tarixinin ən gərgin dövrünə qədəm qoyur. Bunu politoloq Qabil Hüseynli deyib.
Sabiq dövlət müşavirinin sözlərinə görə, köhnə klanın yenidən hakimiyyətə gəlməsi xalq tərəfindən bu dəfə çox çətin həzm ediləcək:
“Ermənistanda siyasi sistem dəyişikliyi Sərkisyanın gələcəyinə hesablanmış bir addımdır. Artıq iki dəfə prezident seçilmiş Sərkisyan baş nazirlik postuna göz dikib. Baş nazirin səlahiyyətləri kifayət qədər geniş olacaq. Prezident isə bütöv simvolik funksiyaları yerinə yetirəcək. Yəni dövləti təmsil edəcək, ola bilsin ali baş komandan olacaq və s. Ancaq ümumilikdə ölkənin idarəsi baş nazirin əlində olacaq.
Bu, Ermənistan xalqı tərəfindən çətin həzm ediləcək. Çox güman ki, ara qarışacaq. Yəni əhali indidən özünü təhqir edilmiş hesab edir və seçkilərin saxtalaşdırıldığı iddia edilir. Köhnə klanın yenidən hakimiyyətə gəlməsi qarşıdurma və mitinqlərə səbəb olacaq, Sərkisyanın devrilməsi yenidən gündəmə gələcək. Budəfəki daxil ziddiyyətlər İrəvanı xaosdan xilas edə bilməyəcək”.
Politoloqa görə, prosesin Qarabağ məsələsinə də müsbət təsirləri mümkündür: “Müəyyən mənada dəyişikliklərin olacağı istisna edilmir”.
axar.az