Palata: Menyuların dəyişdirilməsi bir şagirdə düşən yemək xərcinin artırılmasına səbəb olub
Tarix: 6-12-2023, 11:56 | Çap et


Yemək təchizatı ilə bağlı menyuların dəyişdirilməsi 1 şagirdə düşən yemək xərcinin artırılmasına və dövlət vəsaitinə əlavə tələbatın yaranmasına səbəb olub.

APA xəbər verir ki, bu, Hesablama Palatasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və “Əsaslı Tikinti və Təchizat İdarəsi”ndə dövlət satınalmalarının hüquqi aktlara uyğunluğuna dair aparılmış audit”ində qeyd edilib.

Bildirilib ki, yemək təchizatı ilə bağlı menyuların dəyişdirilməsinə yol verildiyi, əvvəlki auditdən fərqli olaraq yeməklərin kalori tutarının saxlanılması fonunda dəyişdirilmə zamanı daha baha menyulara üstünlük verildiyi müəyyən olunub ki, bu da son nəticədə icra prosesində 1 şagirdə düşən yemək xərcinin artırılmasına və dövlət vəsaitinə əlavə tələbatın yaranmasına səbəb olub.

Funksional fəaliyyəti əhatə edən müqavilələr çərçivəsində şərtlərin düzgün formalaşdırılmaması və öhdəliklərin icrasına nəzarətin təmin edilməməsi bəzi hallarda yerinə yetirilməmiş işlər və xidmətlər üzrə 696,8 min manat məbləğində ödənişə şərait yaradıb ki, bu artıq vəsait icrası ilə nəticələnməklə yanaşı məqsəd-nəticə uyğunluğunun təmin edilməsi vəziyyətinin ədalətli qiymətləndirilməsinə şərait yaratmayıb.

Müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı nəzarət mexanizmlərinin tətbiq edilməməsi 92,0 mln. manat məbləğində 11 müqavilənin vaxtında icra olunmaması ilə nəticələnməklə yanaşı, satınalmaların nəticəliliyinin tam təmin edilməməsinə, cərimələrin hesablanmamasına şərait yaradıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net