“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi üzərində iş başa çatıb”.
Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurumun 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə məlumat verib.
O qeyd edib ki, yaxın vaxtlarda layihə aidiyyəti orqanlarla razılaşdırılaraq Milli Məclisə və yuxarı instansiyalara təqdim olunacaq.
Qeyd edək ki, “Uşaq hüquqları haqqında” yeni qanun Prezident İlham Əliyevin 9 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq hazırlanıb.