Qarabağa gedəcək müəllimlərə yüksək maaş veriləcək? - AÇIQLAMA
Tarix: 17-03-2023, 12:01 | Çap et


İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri sırasında məktəblərin də tikintisi yer alır.

Qeyd edək ki, ötən ilin sentyabrında Zəngilan rayonu 360 yerlik Ağalı tam orta məktəbində 29 ildən sonra ilk zəng çalındı. Elm və təhsl naziri Emin Əmrullayev də çıxışında bildirmişdi ki, Şuşa, Ağdam və Füzulidə məktəb tikintisi 2023-cü ilin sentyabrında bitəcək .
Laçında 2 nömrəli və Laçın-Zabux məktəbinin əsaslı təmir işlərinə başlanıb. Ağalı kənd məktəbindən əlavə olaraq 2022-ci ildə Tərtər rayonu, Suqovuşan kənd məktəbi əsaslı təmirdən sonra hazırlanıb:

“Hələ istismara verilməyib, amma açılışa hazırdır. Şuşa şəhərində, həmçinin Ağdam şəhərində 1 nömrəli 960 yerlik məktəblər tikilir. Hər ikisinin bu ilin sentyabrında təhvil verilməsi gözlənilir”.

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayacaq məktəblərdə çalışmaq arzusunda olan müəllimlər üçün MİQ imtahanı zamanı hansısa güzəşt, həmçinin orada çalışacaq müəllimlərin əməkhaqqında artım nəzərdə tutulurmu?

Elm və Təhsil Nazirliyindən “Cümhuriyət”-in sorğusuna cavab olaraq bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin şərtlərinə əsasən, həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanır. Müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir.

Həmin bölgəmizdə çalışacaq əməkhaqqı ilə bağlı isə nazirlikdən bildirilib ki, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının 1.27-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin və ya digər kənd rayonlarının təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 90 (doxsan) manat məbləğində kompensasiya verilir və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik göstərilir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net