Dünya əhalisi 8 milyard olub
Tarix: 15-11-2022, 10:50 | Çap et


Dünya əhalisi 8 milyard nəfər olub.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) rəsmi internet səhifəsi məlumat yayıb.

UNFPA-nın 15 noyabr üçün verdiyi məlumata görə, dünya əhalisinin sayı 8 milyard nəfərə çatıb.

UNFPA tərəfindən dərc edilmiş hesabata əsasən, ehtimal olunur ki, 2030-cu ildə dünya əhalisi 8.5 milyarda, 2050-ci ildə 9.7 milyarda, 2100-cü ildə isə 10.4 milyarda nəfərə çatacaq.

Bütün dünyada əhalinin artım tempinin ləngiməsi fonunda, 2100-cü ilə kimi artım davam edəcək.

1970-ci ildən etibarən aşağı düşməyə başlayan artım tempi 2020-ci ildə ilk dəfə olaraq ildə 1 faizdən də aşağı düşüb.

Dünya əhalisinin 7 milyarddan 8 milyard nəfərə yüksəlməsi üçün 12 ilə yaxın zaman tələb olunduğu halda, 9 milyarda çatmaq üçün 14.5 il lazım olacaq və bu proses təxminən 2037-ci ilə kimi davam edəcək.

Verilən proqnozlara əsasən, Afrika ölkələrində (Böyük Səhranın cənubunda) əhalinin artım tempi 2050-ci ildə, yüksək doğum səviyyəsi səbəbindən, qlobal artımın 50 faizini təşkil edəcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net