Azərbaycanda daha 52 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib
Tarix: 12-11-2022, 19:29 | Çap et


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 52 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 688 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 813 528 nəfər müalicə olunaraq sağalıb, 9 961 nəfər vəfat edib, aktiv xəstə sayı 199 nəfərdir.

Ölkədə son sutka ərzində 1 745, hazırkı dövrədək isə 7 343 007 test aparılıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net