Azərbaycana gələn Ukrayna vətəndaşları ölkədə müddətsiz qala bilərlər.
Vertikal.az APA-ya xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi, Miqrasiya rejiminə nəzarət şöbəsinin rəisi Rüfət İbrahimov bildirib.
Onun sözlərinə görə, qanunla Ukrayna vətəndaşları Azərbaycanda 90 gün qala bilər:
“Yenə qalma müddəti 90 gündür. Lakin hazırkı vəziyyətlə əlaqədar olaraq Ukrayna vətəndaşlarının müraciətləri nəzərə alınır”.