Zəfər abidəsi kompleksi ilə bağlı çoxmərtəbəli bina sökülür - FOTO - VİDEO
Tarix: 22-09-2022, 15:38 | Çap et


Bakı şəhəri, Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli bina sökülür.



APA xəbər verir ki, bina Zəfər abidəsi kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında sökülür.



Köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib. Artıq bina sakinlərinə müvafiq kompensasiya ödənilməsi prosesi başa çatdığından binanın sökülməsi prosesinə başlanılıb.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net