Bakıda 8 bağçanın fəaliyyəti dayandırılıb
Tarix: 7-09-2022, 12:20 | Çap et


"Bu il 8 yeni məktəb binası istifadəyə verilib".

APA xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışında deyib.

O bildirib ki, bunlardan 5-i yeni tədris ilindən fəaliyyətə başlayacaq, artıq 4 məktəbin təmir və tikintisi başa çatıb.

Mehriban Vəliyeva onu da qeyd edib ki, son bir ayda Bakıda 5 122 uşaq elektron sistem vasitəsilə bağçaya qəbul edilib: "Bu il 41 087 uşaq paytaxtda fəaliyyət göstərən bağçalarda təlim-tərbiyəyə cəlb olunub. Onların tərbiyəsi ilə 4 299 müəllim məşğul olur. İdarənin tabeliyinə 348 bağça keçib. Onlardan 8-nin fəaliyyəti dayandırılıb. Ümumi bağçalardan 264 -ü körpələr evidir. 4 bağça əsaslı təmir olunub, 18 bağçada cari təmir işləri başa çatdırılıb".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net