FHN: Vətən müharibəsindən sonra 2 min vətəndaşa 4 mindən çox psixoloji seans keçilib
Pandemiyanın ilk günlərindən Fövqəladə Hallar Nazirliyi tərəfindən xəstəlikdən əziyyət çəkən vətəndaşlara psixoloji dəstək göstərilib.
APA xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında FHN-nin şöbə rəisi Xanım Sofiyeva deyib. O bildirib ki, Vətən müharibəsində də bu xidmət davam etdirilib:
"Müharibədən az bir vaxt keçdikdən sonra qazilərə, şəhid ailələrinə, terrordan ziyan görən vətəndaşlara yardım göstərilib. FHN tərəfindən müharibədən dərhal sonra geniş miqyaslı layihə başladı. Qardaş Türkiyədən klinik psixoloqlar dəvət edildi.
Bu layihə 2021-ci il avqust ayına qədər davam edib. 2000 vətəndaşa 4 min dən çox psixoloji seans keçirilib".
Xanım Sofiyeva qeyd edib ki, bu il sentyabrın 5-dən sonra yenidən bu layihə davam etdiriləcək:
"6 şəhərdə eyni vaxtda bu layihə icra olunacaq. Nazirliyin psixoloqları ilə yanaşı Türkiyədən dəvət olunan psixoloqlar dəvət olunub. Qəbula yazılmaq istəyənlər FHN-in 112 qaynar xəttinə zəng edərək qəbula yazıla bilərlər. Xidmət ödənişsizdir".