Səhiyyə Nazirliyinin eksperti: "COVID-19-a yoluxan analar körpəyə süd verə bilərlər
Tarix: 2-08-2022, 18:06 | Çap et


“COVID-19-a yoluxan analar körpəyə süd verə bilər”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Erkin Rəhimov deyib.

Onun sözlərinə görə, aparılan elmi tədqiqatlar onu göstərir ki, virus ana südü ilə uşağa keçmir: “Buna görə yoluxmadan sonra da ana körpəsini öz südü ilə qidalandıra bilər”.

Ekspert qeyd edib ki, bu zaman diqqət edilməli məqamlar var: “Süd verən zaman ana maska taxmalı, əl təmizliyinə riayət etməlidir. Uşağı qidalandırdıqdan sonra virusa yoluxmuş ana iki metr uzaqda olmalıdır. Südü butulka ilə uşağa yedirən zaman da butulka təmizlənməlidir. Çünki ana südünün faydası virusun körpəyə ötürülməsi riskindən daha üstündür”, - Erkin Rəhimov bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net