Elm və təhsil naziri bir-birini təkrarlayan institutların birləşdirilməsini istisna etmir
Tarix: 29-07-2022, 19:21 | Çap et


Elə institutlarımız var ki, onların ənənəsi var və tarix boyu çox ciddi suallara cavab tapıblar. Lakin elə müəssisələr ola bilər ki, zaman-zaman optimallaşdırıla bilər.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin "Hədəf" verilişində çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, həmçinin səmərəliliyin artırılması üçün bir-birini təkrarlayan qurumlar varsa, onların fəaliyyətini birləşdirmək də mümkündür:

“Amma hər bir halda bu, belə deyil. İstəyirəm ki, xüsusi vurğulayım. Digər nazirliklərin də tabeliyində elmi-tədqiqat institutları var. Fərqi yoxdur hansı model tətbiq olunacaq. Əsas odur ki, elm inkişaf etsin. Bizim məmur olaraq işimiz odur ki, alimlərimizdən hansı laboratoriyaların lazım olması barədə rəylər alaq. Səmimi deyim ki, kimin kimə tabeliyi elmdə əlavə dəyər yaratmır. Alimi kiməsə tabe edəndə o daha yaxşı alim olmur. Onun tədqiqat mühitini yaxşılaşdırmaq lazımdır”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net