Akademik: Rəyasət Heyəti aparatının strukturunu əvvəlki səviyyədə saxlamağa ehtiyac olmayacaq
AMEA Rəyasət Heyəti aparatının strukturunu əvvəlki səviyyədə saxlamağa ehtiyac olmayacaq.
APA xəbər verir ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib.
“İnstitutların bir çoxu Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyi üçün onların əksəriyyətinin Rəyasət Heyətinin tərkibində qalması mənasızdır”, - İsa Həbibbəyli vurğulayıb.
O qeyd edib ki, əlbəttə ki, Rəyasət Heyətinin tərkibində müəyyən qədər işçi qalacaq.