Onkoloji xəstələrə hansı halda əmək pensiyası təyin olunacağı açıqlanıb
Tarix: 26-07-2022, 12:41 | Çap et


Dövlət Sosial Müdafiə Fondu onkoloji xəstələrin hansı halda pensiyaya çıxacağına aydınlıq gətirib.

APA xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov deyib ki, bu xəstəliklə bağlı əmək qabiliyyətinin itirilmə faizi səhiyyə müəssisələri tərəfindən göndəriş əsasında müəyyən olunur.

Eyvaz İsmayılov bildirib ki, hərbi qulluqçular istisna olmaqla, digərlərinə pensiya xəstəliyin və əlilliyin səbəbindən asılı olmayaraq, yalnız əmək qabiliyyətinin itirilmə faizlərinə uyğun staj və kapital tələbi varsa, təyin edilir: “Xəstəlik əlillik dərəcəsinə gətirib çıxararsa, o halda qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq pensiya təyin edilir. Yəni 81 %-dən 100%-ə qədər əmək qabiliyyətinin itirilməsi müəyyən olunmuş şəxslərə pensiya təyin olunması üçün azı 5 il staj, bu halda şəxsin yaşı 30-dan çoxdursa, əlavə 4 ay staj tələb olunur. 31%-dən 80 %-ə qədər əmək qabiliyyətinin itirilməsi müəyyən olunmuş şəxslərə pensiya təyin olunması üçün isə azı 5 il staj, bu halda şəxsin yaşı 30-dan çoxdursa, əlavə 4 ay staj tələbi və əlavə pensiya kapitalı tələb olunur”.

Qeyd edək ki, 13 may 2022-ci ildə “Onkoloji yardım haqqında” qanuna edilən dəyişikliyə əsasən, artıq əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş onkoloji xəstələrin əmək pensiyası almaq hüququ var. Bundan əvvəl əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan onkoloji xəstələrin müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız sosial müavinət almaq hüququ olub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net