Bakıda 38 avtobusun hərəkət intervalında gecikmələr var
Tarix: 26-07-2022, 09:43 | Çap et


Bakıda yollarda qeydə alınan sıxlıq marşrut avtobuslarının gecikməsinə səbəb olub.

Vahid Dispetçer Xidmətindən APA-ya verilən məlumata görə, bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 26 müntəzəm marşrut xətti üzrə 38 avtobusun hərəkət intervalında gecikmələr var.

1. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 8-10 dəqiqə gecikmə müşahidə olunur

2. Ak.Həsən Əliyev küçəsi – Hər iki istiqamətdə (Tbilisi pr və Koroğlu Rəhimov küç) sıxlıq. . Bu səbəbdən də həmin ərazidən keçən 6, 13, 61, 83 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-8 dəqiqə gecikmə müşahidə olunur.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net