Rəis müavini: “Yol kənarlarında ot və kolları yandıranlar məsuliyyətə cəlb olunacaq”
“Bəzi kənd ərazi nümayəndələri və bələdiyyə sədrləri yol kənarlarında təmizləmə işləri aparılmasını qurumuş ot və kolları yandırmaqda görürlər. Bu da küləkli havalarda yaşıllıq massivinin yanmasına səbəb olur”.
APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Aqşin Kazımov deyib.
Rəis müavini bildirib ki, bu kimi hallar baş verdiyi zaman həmin şəxslər inzibati məsuliyyətə cəlb olunacaq. Daha böyük ərazilər zərər görərsə, hətta cinayət məsuliyyətinə cəlb ediləcəklər.