“Dendrologiya Bağı” publik hüquqi şəxsin nizamnaməsi və strukturu təsdiqlənib
Tarix: 28-06-2022, 21:23 | Çap et


“Dendrologiya Bağı” publik hüquqi şəxsin Nizamnaməsi və strukturu təsdiq edilib.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
[left][/left]
Qərara əsasən, bağ öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. Bağın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirir. İdarə Heyəti 3 (üç) üzvdən - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə
Heyətinin sədrindən və onun 2 (iki) müavinindən ibarətdir. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini İdarə Heyəti sədrinin müəyyən etdiyi İdarə Heyəti sədrinin müavinlərindən biri icra edir.

“Dendrologiya Bağı” publik hüquqi şəxsin strukturuna “Dendrologiya Bağı” publik hüquqi şəxsin Aparatı (şöbələr, laboratoriyalar və elmi təcrübə sahələri) daxildir.





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net