DYP Silahlı Qüvvələr Günü ilə bağlı vətəndaşlara müraciət edib
Tarix: 25-06-2022, 15:51 | Çap et


Bakı şəhər Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.

İdarənin baş inspektoru, mayor Araz Əsgərli APA-ya bildirib ki, 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacaq:

"Vətəndaşlardan xahiş edirik ki, Silahı Qüvvələr günün qeyd olunması ilə əlaqədar keçiriləcək tədbiri nəzərə alıb, marşrutlar üzrə şəxsi minik avtomobillərindən istifadə etməsinlər. Tədbirin yüksək səviyyədə keçirilərək başa çatması üçün lazımı köməyi göstərsinlər".

DYP sözçüsü Bakıda keçiriləcək tədbirinin marşrutlarını açıqlayıb.

O bildirib ki, hərbi orkestrlər iyunun 26-sı saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

"Heydər Əliyev Sarayı-Bülbül prospekti
Nizami Kino Mərkəzi
Azadlıq meydanı - AMAY Ticarət Mərkəzi;
Neftçilər prospekti
Şəhidlər xiyabanı - Alov Qüllələri - İçərişəhər metrosu - Qala qapısı - Dövlət Kukla Teatrı - AzNeft
dairəsi - Bəhram Gur heykəli;

Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti
Parlament prospekti - Şəhidlər xiyabanı;
- Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı
Səməd Vurğun küçəsi
Neftçilər prospekti;
- Nərimanov heykəli Mərkəzi park - Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı -
Mərkəzi Bank.

Həmin gün saat 19:00-dan 21:00-dək müəyyən edilmiş yerlərdə orkestrlərin nümunəvi çıxışları olacaq:

- Heydər Əliyev parkında (Heydər Əliyev
sarayının qarşısı);

- AzNeft dairəsindəki bayraq meydanında;
- Muzey Mərkəzi (bulvar fontanının qarşısı);
- Zabitlər parkında;
- Koroğlu parkında;
- Fəvvarələr meydanında".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net