Bakıda COVID xəstələrinə yardım göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
Tarix: 9-06-2022, 23:11 | Çap et


Nazirlər Kabineti “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatory-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.

APA-nın xəbərinə görə, qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin ödənilməsi müddəti iyulun 1-dək uzadılıb.

Qeyd edək ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavə müəyyən edilib.

İndiyə qədər qüvvədə olan qərara əsasən, müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il iyulun 1-dən 2022-ci il mayın 1-dək olan müddət üçün ödənilib.




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net