Yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə əhaliyə 2,2 mlrd. manata yaxın vəsait ödənilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2022-ci ilin yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 2 mlrd.188 mln. manat vəsait ödənilib.
Bu da ötən ilin eyni dövrünə nisbətən 8 faiz və ya 162,5 mln. manat çoxdur.
Xatırladaq ki, sosial islahatların yeni mərhələsi kimi, cari ilin əvvəlindən əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılması təmin olunub.