Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb
Tarix: 1-04-2022, 14:40 | Çap et

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2021-ci il ərzində 58-i qız, 56-ı oğlan olmaqla 114 uşaq övladlığa verilib.

Bu barədə Sosial Xidmətlər Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Bildirilib ki, 2022-ci ilin birinci rübündə isə “Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə övladlığagötürmə üzrə 70 müraciət daxil olub. Bu dövrdə övladlığaverilən uşaq sayı 54 olub ki, onlardan 31 nəfəri oğlan, 23 nəfəri isə qızdır.
Qeyd edilib ki, 2021-ci ilin əvvəlindən valideyn himayəsindən məhrum olmuş uşağa görə aylıq müavinət təsis edilib. Yeni sosial islahat paketi çərçivəsində həmin müavinət də 2022-ci ilin əvvəlindən 25% artırılaraq, övladlığa götürülən valideyn himayəsindən məhrum olmuş uşağa görə 160 manatdan 200 manata, sağlamlıq imkanları məhdud uşağa görə 480 manatdan 600 manata çatdırılıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net