Bu il Gəncədə 45 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Gəncədə bu ilin əvvəlindən 45 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb.
APA-nın yerli bürosuna bu məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov təsdiq edib.
Onun sözlərinə görə polis əməkdaşlarının narkotik dövriyyəsi ilə bağlı keçirdikləri əməliyyatlar nəticəsində 67 fakt aşkarlanıb. Əcnəbi ölkədən qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş maddələrin çatdırılmasını təmin edən narkokuryerlər saxlanaraq cinayət məsuliyyətinə cəlb olunub.