Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni kadr təyinatı olub.
APA xəbər verir ki, Rüstəm Həsənov ekologiya və təbii sərvətlər nazirinin müşaviri təyin olunub.
Qeyd edək ki, Rüstəm Həsənov daha əvvəl Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sektor müdiri vəzifəsində çalışıb.
Rüstəm Həsənov faktı APA-ya təsdiqləyib.